Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.

"Real" "Leqanes"i qəbul edib. Madrid təmsilçisi bu oyundan böyük hesabla qələbə qazanıb.

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sevilya" isə səfərdə "Valensiya" ilə üz-üzə gəlib və heç-heçəyə razılaşıb.

İspaniya La Liqası
11-ci tur

29 oktyabr

Alaves – Atletiko 1:1
Qol: L.Peres, 83 – Morata, 70.

Barselona – Valyadolid 5:1
Qol: Lanqle, 2. Vidal, 29. Messi, 34: 75. L.Suares, 77 – Kiko, 15.

30 oktyabr

Real Sosyedad – Levante 1:2
Qol: V.Xose, 47 – Bardi, 24. Mayoral, 40.

Valensiya – Sevilya 1:1
Qol: Sobrino, 81 – Okampos, 45+3.

Atletik – Espanyol 3:0
Qol: Muniain, 4; 17. Viktor, 79-öz qapısına.

Betis – Selta 2:1
Qol: Emerson, 8. Fekir, 90 – Aspas, 70.

Real – Leqanes 5:0
Qol: Rodriqo, 7. Kroos, 8. S.Ramos, 24-pen. Benzema, 69-pen. Yoviç, 90+1.

31 oktyabr

22:00 Eybar – Vilyarreal
22:00 Malyorka – Osasuna
00:15 Xetafe – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest