“Bavariya” Almaniya Bundesliqasının 8-ci turunda “Auqsburq”la məhsuldar heç-heçəyə razılaşıb – 2:2. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin futbolçusu Robert Levandovski üçün əlamətdar olub. 
 
Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 8-ci turda da fərqlənməyi bacarıb. O, bununla da Dortmund “Borussiya”sının sabiq futbolçusu Pyer-Emerik Obameyanqın rekorduna şərik olub.
 
Levandovski növbəti turda da qol vursa, qabonlu hücumçunun rekordunu yeniləyəcək.
 
“Bavariya” 9-cu tur çərçivəsində öz meydanında “Yunion”u qəbul edəcək. Oyun oktyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest