Sentyabrın 15-də futbol azarkeşlərinin diqqəti Tofiq Bəhramov adına Respublika Stadionuna yönələcək. Premyer Liqanın çempionluğa iddia edən iki klubu - "Qarabağ" və "Neftçi" ölkənin ən qədim arenasında üz-üzə gələcək. ötən mövsümün sonu "flaqman" "Bakcell Arena"da "Qarabağ"la görüşdə biletlərin qiymətini 50 manat müəyyənləşdirmişdi. çempionluq kubokunu və qızıl medalların təqdim edildiyi görüş üçün Ağdam klubunun rəhbərliyi azarkeşlərinə yetərincə bilet alıb hədiyyə etmişdi.

Bu dəfə "Qarabağ" rəhbərliyi prinsipial rəqibi ilə qarşılaşmaya bilet qiymətini 51 manat müəyyənləşdirib. İndi "Neftçi" rəhbərliyi dəstəksiz qalmamaq üçün "kisənin ağzını açmalıdı". Amma çempionluqdan dəm vuran "Neftçi"nin prezidenti Kamran Quliyevin azarkeşlərinə bu böyük jesti edəcəyinə ümid yoxdu. Ən azı ona görə ki, böyük jestləri böyük klubların böyük rəhbərləri edər. Kamran bəy isə hələ də "Sumqayıt" ab-havasından çıxa bilmir. Belə olmasa, "Neftçi" prezidentinin feysbuk profilini "Qarabağ"ın loqosu bəzəməz.

Doğrudu, Kamran müəllim bu loqonu "Sumqayıt"da işləyəndə paylaşıb. Ancaq bu gün - sabah Quliyev "Neftçi" prezidenti vəzifəsinə keçməsinin 2 ilini qeyd edəcək. O çoxdan necə böyük klubda çalışdığının fərqinə varmalı idi... Bu gedişlə "Neftçi" bəlkə də çempionluğun taleyinə aydınlıq gətirəcək oyunda azarkeş dəstəyindən məhrum olacaq.

Qeyd edək ki, bu qarşılaşmadakı məğlubiyyət Kamran Quliyev üçün "Neftçi"də son ola bilər. Belə ki, "xalq komandası"nın təsisçiləri komandaya ayrılan büdcəyə və yaradılan şəraitə baxmayaraq, heç bir ciddi uğur qazanılmamağından narazıdı. Və bu məğlubiyyət de-fakto cari mövsümdə də Kamran müəllimin çempionluq vədini  yalan çıxaracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest