"İnter"in hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard PSJ ilə anlaşıb.

İtaliya və İspaniyadan təkliflər alan İkardi PSJ-yə keçməyi üstün tutub. Klublar arasında razılığa əsasən, fransızlar onu 1 illik icarəyə götürüblər. Paytaxt təmsilçisi ulduz futbolçunu gələn il birdəfəlik transfer etmək hüququna malik olacaq. 26 yaşlı forvard bu gün tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən bəri "İnter"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest