Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Əsgər Məmmədəliyev (61 kq) əvvəlcə İsveçrə, daha sonra isə Monqolustan təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Ukraynadan olan rəqibinə uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

74 kq-da yarışdan Hacımurad Hacıyev gürcü və yunan həmkarlarını üstələyərək yarımfinala çıxsa da, bu mərhələdə amerikalı güləşçiylə bacarmayıb. O da 3-cülük şansını davam etdirir.

Asxab Həmzətov (92 kq) ilk mərhələdə koreyalı, 1/8 finalda Cənubi Afrikadan olan pəhləvanlara göz açmağa imkan verməyib. Ancaq Balakən güləş məktəbinin yetirməsi 1/4 finalda Rusiya güləşçisinə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Həmzətov təsəlliverici görüşə çıxacaq.

Bu çəkilərdə təsəlliverici və medal qarşılaşmaları bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest