Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı start götürüb. Matc.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
 
Mahir Məmmədzadə debütdə yapon güləşçiyə müqavimət göstərə bilməyib. Rəqibin finala yüksəlməsi Mahirə təsəlliverici görüşə vəsiqə verib. Lakin avqustun 13-də keçirilən qarşılaşmada özbəkistan güləşçisinə uduzan Məmmədzadə dünya çempionatında mübarizəni dayandırıb.
 
Yığmanın əsas simalarından sayılan Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısına aman verməyib. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin görüş keçirib. Bayramov 7:1 öndə olsa da, son dəqiqədə böyük üstünlüyü əldən verib və məğlub olub. Rəqib finala çıxdığı üçün Turan təsəlliverici görüşdə mübarizəni davam etdirib. Avqustun 13-də Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edən Bayramov 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə pəhləvanına da rahat qalib gələn Turan dünya çempionatının bürünc medalına sahib çıxıb.
 
Əşrəf Aşırov mundiala inamlı start verib. Həmyerlimiz elə ilk hissədə İsrail idmançısını məğlub edib. Aşırov daha sonra ABŞ güləşçisini yolundan kənarlaşdırıb. Əşrəf 1/4 finalda gənclər arasında son Avropa çempionu olmuş moldovalı rəqibinə minimal fərqlə yenilib. Moldova təmsilçisi finaladək irəlilədiyi üçün həmyerlimiz təsəlliverici görüşdə qüvvəsini sınayıb. Avqustun 13-də Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıran Aşırov bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. İranlı pəhləvanla üçüncü yer uğrunda görüş gərgin mübarizə şəraitində keçib. Sonda həmyerlimiz minimal fərqlə uduzaraq medalsız qalıb.
 
Abubakr Abakarov təsnifat mərhələsində ABŞ təmsilçisindən güclü olub. Ancaq Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala vəsiqə qazanması Abakarova təsəlliverici görüşə çıxmaq imkanı verib. Avqustun 13-də Abubakr ilk təsəlliverici qarşılaşmada İtaliya idmançısına heç bir şans verməyib. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn Abubakr bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə erməni güləşçiylə üz-üzə gələn yığmamızın üzvü prinsipial dueldən qalib ayrılaraq komandamızın hesabına növbəti bürünc medalı yazıb.
 
Temraz İsmayılov debütdə hindistanlı həmkarına uduzub.
 
57 kq
Təsnifat - Mahir Məmmədzadə - Toşiya Abe (JPN) 2:13
Təsəlliverici görüş - Mahir Məmmədzadə - Sərdar Ruzimov (UZB) 2:5
 
65 kq
Təsnifat - Turan Bayramov - Amiran Vaxtanqaşvili (GEO) 6:0
1/8 final - Turan Bayramov - Yəhya Abdullah Tomas (USA) 9:1
1/4 final - Turan Bayramov - Əmirhüseyn Əzim Maqsudi (İRİ) 7:7*
Təsəlliverici görüş - Turan Bayramov - Stefan Yonut Koman (ROU) 9:0
Bürünc medal görüşü - Turan Bayramov - Ahmet Salim Yiğit (TUR) 8:0
 
70 kq
Təsnifat - Əşrəf Aşırov - Raul Zərbəliyev (İSR) 11:0
1/8 final - Əşrəf Aşırov - Brayton Eduard Li (USA) 3:2
1/4 final - Əşrəf Aşırov - Vasile Diakon (MDA) 3:4
Təsəlliverici görüş - Əşrəf Aşırov - Alinur Takirov (KGZ) 6:2
Bürünc medal görüşü - Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpei (İRİ) 4:5
 
79 kq
Təsnifat - Abubakr Abakarov - Aaron Markel Bruks (USA) 5:3
1/8 final - Abubakr Abakarov - Amxad Taşukadziyev (RUS) 3:5
Təsəlliverici görüş - Abubakr Abakarov - Salvatore Diana (İTA) 15:1
Təsəlliverici görüş - Abubakr Abakarov - Yudai Takahaşi (JPN) 10:0
Bürünc medal görüşü - Abubakr Abakarov - Arman Avaqyan (ARM) 6:4
 
97 kq
Təsnifat - Temraz İsmayılov - Akaş Antil (İND) 6:12

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest