APOEL-in hücumçusu Andriya Pavloviç Kipr mətbuatına müsahibəsində çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. Matc.az saytı xəbər verir ki, Serbiya millisinin üzvü 1:2 hesablı məğlubiyyəti ikinci hissədəki zəif oyunla əlaqələndirib.

- Mərhələ adlamaq üçün Bakıda futbol möcüzəsinə ehtiyacınız olacaq. Azərbaycan klubunu məğlub edə bilərsinizmi?

- Möcüzə? Bakıda 100 qol vurmağımıza ehtiyac yoxdu. İki qol vurmalıyıq və şübhəsiz ki, bunu bacara bilərik. ümumilikdə bu gün yaxşı çıxış etdik. Oyunun tempinə nəzarət edirdik.  Ancaq bəzi səhvlərə yol verdik ki, bu da bizə baha başa gəldi. Futbolda hər şey mümkündü. Səfərə öz oyunumuzu ən yaxşı şəkildə göstərmək və qələbə qazanmaq üçün yollanacağıq.

- Bunun üçün nələri dəyişməlisiniz?

- Ciddi dəyişikliklərə ehtiyacımızın olduğunu düşünmürəm. Bu komandaya inanıram, bacara bilərik. çox güclü rəqibə qarşı çıxış edirdik. Əgər cavab matçında ilk hissədəki kimi oynasaq və qərarlarımızda kiçik dəyişiklik etsək, istəyimizə çata bilərik. İkinci hissədə çox top itkisinə yol verdik. Bunu təkrarlamaq olmaz.

- Baş məşqçi sizə nə dedi?

- Heç nə. O, bizi dəstəkləyir. Hər kəsin məyus olması normaldı. Birinci hissədə nəzarət əlimizdə idi. Həmin hissədəki performansı təkrarlamalı və bir qədər də artırmalıyıq.

- "Qarabağ"ın hücumu çox təhlükəli idi. Bu baxımdan müdafiə xəttinin güclənməsinə ehtiyac varmı?

- Məncə, müdafiəçilərimiz yaxşı oynadılar. İlk hissədə rəqib heç nə edə bilmədi. Deyə bilmərəm ki, cavab görüşündə daha yaxşı olmalıdılar. Onlara güvənirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest