"Bu gün fərdi səhvlərin qurbanı olduq. "Qarabağ" güclü komandadı. Müdafiədə səhvsiz idilər və sürətli əks-hücumlara keçirdilər. Ancaq son dəqiqə qolu bizi ümidləndirdi. Bakıda şans verilərsə, əlimdən gələni etməyə hazıram".

"Buralara çatmaq üçün əlimdən gələni etmişəm. Təkcə qanımı yox, ürəyimi də meydanda qoyuram. Buna görə heç vaxt təslim olmayacam. Səni sevirəm, APOEL". Matc.az saytının məlumatına görə, bu sözlər APOEL-in yarımmüdafiəçisi Lukas Souzaya məxsusdu.

Braziliyalı futbolçu çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunda ehtiyatda qalmasına üsyan edib. 29 yaşlı oyunçu bunu sosial şəbəkədəki paylaşımı ilə bildirib.

Silva yerli mətbuata açıqlamasında isə hələ də mərhələ adlamaq şanslarının olduğunu söyləyib: "Bu gün fərdi səhvlərin qurbanı olduq. "Qarabağ" güclü komandadı. Müdafiədə səhvsiz idilər və sürətli əks-hücumlara keçirdilər. Ancaq son dəqiqə qolu bizi ümidləndirdi. Bakıda şans verilərsə, əlimdən gələni etməyə hazıram".

Qeyd edək ki, Nikosiyadakı oyunda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 13-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest