"İstədiyimiz qədər yaxşı deyildik. Ancaq son dəqiqə qolu təslim olmadığımızı göstərdi. Nikosiyadakı məğlubiyyətdən sonra Bakıdakı cavab görüşündə şansımız rəqibdən az olacaq. Çətin yerə gedəcəyik və orda işimiz ağır olacaq".

"Hər şey iki oyunun ümumi nətiəsindən sonra müəyyənləşəcək". Matc.az saytının məlumatına görə, bunu APOEL rəsmisi Nektarios Petevinos deyib.

O, Kipr mətbuatına açıqlamasında çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən oyunu dəyərləndirib. Petevinos şanslarının az olduğunu etiraf edib: "İstədiyimiz qədər yaxşı deyildik. Ancaq son dəqiqə qolu təslim olmadığımızı göstərdi. Nikosiyadakı məğlubiyyətdən sonra Bakıdakı cavab görüşündə şansımız rəqibdən az olacaq. çətin yerə gedəcəyik və orda işimiz ağır olacaq. Səhvlərimizin fərqindəyik. Buna baxmayaraq, səfərdə qələbə üçün sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Nikosiyada keçirilən oyun "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest