Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-in planında dəyişiklik olub. Nikosiya təmsilçisi cavab oyunu öncəsi yoxlama görüşündə qüvvəsini sınayacaq. Paolo Trametsaninin yetirmələri yoxlama görüşü keçirəcək.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-in planında dəyişiklik olub. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya təmsilçisi cavab oyunu öncəsi yoxlama görüşündə qüvvəsini sınayacaq.

Belə ki, bu gün ilk oyun çərçivəsində "Qarabağ"ı qəbul edəcək Paolo Trametsaninin yetirmələri sabah və ya birigün yoxlama görüşü keçirəcək. Rəqib isə ikinci liqa təmsilçisi "Ayia Napa" olacaq. İtaliyalı mütəxəssis ölkə çempionatı hələ start götürmədiyindən, belə bir görüşün onlara faydalı olacağını düşünür.

"Ayia Napa" ilə qarşılaşmada əsas heyətə düşə bilməyən oyunçular iştirak edəcək. Baş məşqçi onların hansı durumda olduğunu görmək istəyir.

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest