"Turdan-tura çətinlik artır. Budəfəki rəqib daha güclüdü". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Savvas Gentsoğlu deyib.

29 yaşlı orta sahə oyunçusu çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Yunanıstanlı futbolçu azarkeş dəstəyinə ehtiyac duyacaqlarını vurğulayıb: "Bizi çətin oyun gözləyir. Ancaq mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Videolarını izləmişik. Meydanda nə edəcəyimizlə bağlı tapşırıqlar almışıq və buna konsentrasiya olunmuşuq. Azarkeşlərin tribunaları doldurmasını və bizi dəstəkləməsini istəyirik. çünki onların dəstəyi bizə əlavə qan verir. Təəssüf ki, burda olduğum bir il ərzində stadionu tam dolu vəziyyətdə görməmişəm".

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest