"Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram. Məşqlərdə müxtəlif sistemlərdən istifadə edirik. Musa Al-Tamari oynamayacaqsa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik"

Kiprin APEOL klubunun baş məşqçisi Paolo Trametsani Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Qarabağ"ı 11 ildi eyni baş məşqçi çalışdırır. Rəqib topla çox oynayan bir kollektivdi. Onlar oyuna nəzarət etmək istəyirlər. Hücumları həddindən artıq sürətlidi. Onlarla görüşə hazır olmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. 
 
Düzgün hazırlaşmalıyıq. Daha öncə yaxşı nəticələr əldə edə bildiyimizi göstərdik. Oyunçuların eyni ruhla oynayacağına inanıram. Məşqlərdə müxtəlif sistemlərdən istifadə edirik. Musa Al-Tamari oynamayacaqsa, 3-4-3 sxemi ilə çıxış edəcəyik. Onun durumunu son dəqiqəyə qədər gözləyəcəyik".
 
Trametsani üç müdafiəçi ilə meydana çıxmaq barədə də fikirlərini bölüşüb: "Bizim necə oynayacağımız önəmli deyil. Mən buraya gəldikdən sonra bu sistemlə mübarizə apardıq və "Apollon"u məğlub edə bildik. Biz daha çox qol vurduq və daha az buraxdıq. Sabah çətin bir işimiz var. Əsas sistem deyil. 10 müdafiəçi ilə oynaya və qol vura bilərik. Bəlkə də, bu, ən yaxşı sistem deyil. Ancaq bizə inam verir və özümüzü rahat hiss edəcəyik".
 
Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest