çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL ilk oyun öncəsi daha bir neçə futbolçusunun adını iştirak ərizəsinə əlavə edəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kipr klubunun məşqçilər korpusunu düşündürən məqam kimin adını UEFA-ya göndərməkdi.

Belə ki, yeni transfer yarımmüdafiəçi Omar Hani, zədəsini sağaldan hücumçu Musa əl-Taamari ilə yanaşı, komandada icarə əsasında çıxış edən Andre Vidiqal növbəti mərhələ üçün sifariş olunmağa hazırdı. Baş məşqçi Paolo Trametsani onlardan hansına güvənəcəyini yaxın günlərdə müəyyənləşdirəcək.

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar avqustun 6-da və 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest