Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL ilk oyuna heç də tam heyətlə hazırlaşa bilmir. Hücumçu Musa əl-Taamari zədədən əziyyət çəkir. Ancaq iordaniyalı oyunçunun durumu yaxşılığa doğru gedir.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq APOEL ilk oyuna heç də tam heyətlə hazırlaşa bilmir. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, hücumçu Musa əl-Taamari zədədən əziyyət çəkir.

Ancaq iordaniyalı oyunçunun durumu yaxşılığa doğru gedir. Zədə ucbatından əvvəlki mərhələdə iştirak etməyən əl-Taamarinin adı III raund üçün sifariş olunacaq. Lakin onun "Qarabağ"la ilk matçı buraxması gözlənilir. Həkimlər 22 yaşlı vingeri gələn həftəki matça yetişdirməyə çalışsalar da, əl-Taamari çox güman ki, Bakıdakı cavab oyununda məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında ilk oyun avqustun 6-da Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest