31 İyul 2019, 15:29
FUTBOL
"Selta"nın yarımmüdafiəçisi Əmrə Mor karyerasını vətəni Türkiyədə davam etdirəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, gənc futbolçu yeni mövsümdən "Qalatasaray"ın formasını geyinəcək.
Bunu "sarı-qırmızılılar"ın vitse-prezidenti Abdurrahim Albayrak söyləyib. O, 22 yaşlı hücumameyilli futbolçunun transferi ilə bağlı tezliklə rəsmi açıqlama yayacaqlarını bildirib. Beləliklə, Əmrə Türkiyə yığmasından sonra "Qalatasaray"da da Fatih Terimin rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, Əmrə Mor "Selta"ya 2017-ci ildə Dortmund "Borussiya"sından keçmişdi.