Futbol üzrə UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. 
 
"Bazel" PSV-ni, "Olimpiakos" isə "Viktoriya"nı qəbul edib. İlk oyundan qalib ayrılan PSV səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib və çL-dən kənarda qalıb. "Olimpiakos" isə doğma meydanda darmadağına imza atmaqla sürprizə imkan verməyib.
 
Azərbaycan çempionu "Qarabağ" "Dandalk" (İrlandiya) səddini keçsə, APOEL (Kipr) – "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşmalıdı. Bu komandalar arasındakı ilk oyunda APOEL səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi. Cavab görüşündə də qələbə qazanan Kipr təmsilçisi növbəti mərhələyə yüksəlib.
 
"Qarabağ" və "Dandalk" arasındakı cavab görüşü isə iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
 
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
 
30 iyul
 
APOEL (Kipr) – Sutyeska (Monteneqro) 3:0
Qol: Pavloviç, 13; 25; 66.
İlk oyun – 1:0
 
Nomme Kalyu (Estoniya) – Seltik (Şotlandiya) 0:2
Qol: Kulinits, 10-öz qapısına. Şved, 90+3.
İlk oyun – 0:5
 
Makkabi (Təl-Əviv, İsrail) – çFR (Rumıniya) 2:2
Qol: Blakman, 15. Kohen, 48 – Kulio, 19. Rondon, 42.
İlk oyun – 0:1
 
Bazel (İsveçrə) – PSV (Hollandiya) 2:1
Qol: E.Comert, 8. Van Volfsvinkel, 68 – Bruma, 23.
İlk oyun – 2:3
 
Dinamo (Zaqreb, Xorvatiya) – Saburtalo (Gürcüstan) 3:0
Qol: Orsiç, 77. Petkoviç, 88. Olmo, 90+4.
İlk oyun – 2:0
 
Valletta (Malta) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Fontanella, 27-pen – Nquen, 60.
İlk oyun – 1:3
 
Olimpiakos (Yunanıstan) – Viktoriya (çexiya) 4:0
Qol: Gilyerme, 51. Gerrero, 70. Reznik, 73-öz qapısına. Semedo, 82.
İlk oyun – 0:0
 
31 iyul
 
20:00 HİK (Finlandiya) – Srvena Zvezda (Serbiya)
İlk oyun – 0:2 
21:00 AİK (İsveç) – Maribor (Sloveniya)
İlk oyun – 1:2
21:00 Qarabağ (Azərbaycan) – Dandalk (İrlandiya)
İlk oyun – 1:1
21:00 Rusenborq (Norveç) – BATE (Belarus)
İlk oyun – 1:2
21:45 Kopenhagen (Danimarka) – TNS (Uels)
İlk oyun – 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest