"Oyunun hazırlıqlarını düzgün şəkildə yerinə yetirmişik. Mövsümöncəsi toplanışı İspaniyada isti hava şəraitində keçmişik. Biz orda olarkən də gecələr hava belə idi. İsti hava bizi qorxutmur".

"Güclü rəqibə qarşı çətin oyun olacaq. Ancaq biz matça hazırıq". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un baş məşqçisi Vinni Pert deyib.

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq İrlandiya çempionu dünən ölkəmizə gəlib. Oyunöncəsi yerli mətbuata qısa açıqlama verən Pert hazırlığı Bakıdakı görüşə uyğun keçdiklərini deyib.

43 yaşlı mütəxəssis havanın isti olmasından narahat deyil: "Oyunun hazırlıqlarını düzgün şəkildə yerinə yetirmişik. Mövsümöncəsi toplanışı İspaniyada isti hava şəraitində keçmişik. Biz orda olarkən də gecələr hava belə idi. Xatırlayıram, Brayan Qartland həmin vaxt Patrik Hobanın 25-26 dərəcə istidə necə məşq etdiyini göstərirdi. Bu baxımdan isti hava bizi qorxutmur. Məşq zamanı futbolçulara qışqırırdım ki, onlar adi yarışa deyil, avrokuboklara hazırlaşırlar. Düzgün motivasiya onlar üçün işi asanlaşdırır".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq. İrlandiyadakı ilk oyunda 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest