Rusiyanın paytaxtı Moskvada çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları davam edir. Matc.az xəbər verir ki, Azərbaycan yığması bu gün meydana çıxıb.

Komandamız Latviya ilə qarşılaşıb. Oyun yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda millimizin digər qolunu Amid Nəzərov vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest