"Lester" müdafiəçisi Harri Maquayrı satmağa, nəhayət ki, razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə millisinin üzvü karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Klublar arasında danışıqlara artıq yekun vurulub. "Lester" "Mançester Siti"nin də maraq dairəsində olan 26 yaşlı mərkəz müdafiəçisini "qırmızı şeytanlar"a satıb. Klublar 80 milyon funt-sterlinqdə ortaq məxrəcə gəliblər. "Mankunianlar" bu məbləğin 70 milyonunu nəğd, 10 milyonunu isə bonus şəklində ödəyəcək.

Bununla da bir neçə gün əvvəl "Yuventus"a keçən Mattiys de Liqtin rekordu qırılacaq və Maquayr ən bahalı müdafiəçi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest