Mükafatlandırma mərasimi Madriddə baş tutub. Braziliyalı forvard çıxışında təşkilata təşəkkürünü bildirib və daha uzun illər eyni ruhda oynamağa davam edəcəyinə ümid etdiyini söyləyib.
Cədvələ braziliyalı Neymar başçılıq edir. Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən ulduz futbolçunun keçidləri klubları 400 milyon avro xərcə salıb. Onu 8 transferinə ümumilikdə 339 milyon avro ödəniş olan belçikalı Romelu Lukaku izləyir.
Aqil Nəbiyevin yetirmələri ayın 13-də Avropa çempionatının seçmə mərhələ oyunları üçün Lüksemburqa yollanacaq. Mütəxəssis ilkin heyətə 20 futbolçu çağırıb. Yekun heyət isə Qəbələ toplanışından sonra müəyyənləşəcək.
Siyahıya “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir. “Liverpul”lu Yurgen Klopp ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü isə “Real”ın baş məşqçisi Karlo Ançelotti qapayıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.