Azərbaycan millisində yeni baş məşqçi
Voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Faiq Qarayev növbəti dəfə bu posta təyin edilib. Azərbaycan Voleybol Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında Qarayevin təqdimatı olub.



























