“Azarkeşlər bu gün bizi dəstəklədilər. Ağır oyundan gəlmişdik, yorğun idik. Qəbələdə “Kəpəz”ə qarşı görüşdə hava şəraiti də çətin idi, futbolçulara ikiqat yük düşmüşdü. Amma bu gün futbolçuların xarakteri göstərdi ki, bu matçın mahiyyətini başa düşmüşük".
“Fasilədən sonra keyfiyyət baxımından daha yaxşı idik. Sadəcə, irəlidə kəskinlik çatışmırdı. Məni ən çox narahat edən məqam o idi ki, uşaq səhvləri buraxırıq. Top ora-bura dəyir, axırda onu tordan çıxarırıq".
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA prezidenti Aleksander Çeferinin klubun maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı sözlərinə münasibət bildirib. Matc.az xəbər verir ki, Çeferin daha əvvəl “şəhərlilər”in qanunsuz iş gördüklərinə əmin olduğunu söyləmişdi.
Yurgen Klopp “Liverpul”dan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə “qırmızılar” rəsmi sayt vasitəsilə məlumat yayıb. Bildirilib ki, almaniyalı mütəxəssis mövsümün sonunda komandadan gedəcək. Kloppun bununla bağlı açıqlaması da var.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.