AVRO-2024-ün B qrupunun I mərhələsinin İtaliya - Albaniya oyununda 16 dəqiqə ərzində üç qol vurulub. Qeydə alınan bu nəticə Avropa çempionatı tarixində rekord göstəricidir.
Nedim Bayrami Almaniyada keçirilən Avropa çempionatında İtaliya ilə oyunun 21-ci saniyəsində qol vuraraq Rusiya millisinin sabiq futbolçusu Dmitri Kiriçenkonun rekordunu təzələyib.
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Avropa çempionatının dünya çempionatından daha çətin turnir olduğunu deyən Fransa millisinin hücumçusu Kilian Mbappenin sözlərinə münasibət bildirib.
AVRO-2024-ün açılış matçında hazırda “Fənərbaxça”nın rəhbəri olan portuqaliyalı mütəxəssis Joze Mourinyo “Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyusonla qarşılaşıb.
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb. O, yığmasının görüşlər zamanı çox zəif təsir bağışladığını söyləyib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.