15 İyun 2024, 10:28
FUTBOL
Avropa çempionatları tarixində bir ilk yaşanıb.
Matc.az xəbər verir ki, bu, AVRO-2024-ün Almaniya – Şotlandiya qarşılaşmasında reallaşıb.
Bundestimin 37 yaşlı baş məşqçisi Yulian Naqelsman 38 yaşlı qapıçı Manuel Noyeri meydana buraxıb. Yarışın 64 illik tarixində ilk dəfə final mərhələsində meydana çıxan futbolçu öz baş məşqçisindən yaşca böyük olub. Bunadək belə hadisə yaşanmayıb.
Qeyd edək ki, bu matçda Almaniya 5:1 hesablı qələbə qazanıb.