15 İyul 2025, 15:41
FUTBOL
"Liverpul" "Bavariya"nın hücumameyilli yarımmüdafiəçi Luis Diazla bağlı təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Devid Ornşteyn paylaşıb.
İngilis klubu 28 yaşlı cinah yarımmüdafiəçisi üçün 67,5 milyon avro təklif etmişdi ki, bu da transferi başa çatdırmaq üçün kifayət etmədi.
Qeyd edək ki, "Liverpul" öz oyunçusunu 100 milyon avro dəyərində qiymətləndirir, lakin eyni zamanda bütün iddiaçılarına kolumbiyalını satmaqda həvəsli olmadıqlarını bildirib.
2024/25 mövsümündə Luis Diaz "Liverpul"un heyətində 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" 28 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.