"Espanyol" baş məşqçi Manolo Qonzaleslə müqaviləni 2026/2027 mövsümünün sonuna qədər uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

2024/2025 mövsümündə komanda İspaniya çempionatında 42 xal toplayaraq 14-cü yeri tutub. Aprel ayında isə Qonzales La Liqada ayın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, Qonzales 2023-cü ildən klubun sistemində çalışıb və 2024-cü ildə əsas komandaya rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest