15 İyul 2025, 14:27
FUTBOL
İtaliya çempionatının liderlərindən olan "Atalanta" baş məşqçi İvan Yuriçin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, mütəxəssisə infeksiyadan sonra yuxarı tənəffüs yollarının iltihabı diaqnozu qoyulub. Yuriçin bir müddət xəstəxanada qalacağı məlum olsa da, onun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, "Atalanta" Yuriçlə yeni müqavilə imzalayıb.