15 İyul 2025, 13:44
FUTBOL
"Bayer"in qapıçısı Matey Kovar icarə əsasında PSV-yə keçib.
Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Buraya satın alma maddəsi də daxildir.
Qeyd edək ki, Kovar "Bayer"in heyətində 32 oyun keçirib, 30 qol buraxıb və 16 qapını təmiz saxlayıb.