"Əl-Nəsr"in və Portuqaliya millisinin ulduz hücumçusu Kriştiano Ronaldo yeni mövsümdə xeyli sayda oyun buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Falah Əl-Qahtani paylaşıb.

Bildirilir ki, 40 yaşlı futbolçu portuqaliyalı baş məşqçi Jorje Jesusla söhbət edib, bundan sonra onlar daha az əhəmiyyət kəsb edən oyunlarda futbolçunun sağlamlığını qorumaq qərarına gəliblər.

Ronaldonun yaşını nəzərə alaraq, məşqçi və futbolçu hesab edir ki, forvardın iş yükünü diqqətlə izləmək lazımdır. 2024/2025 mövsümündə Ronaldo yorğunluq səbəbindən bir neçə matçı buraxmaq məcburiyyətində qalıb.

Belə insidentlərin qarşısını almaq üçün forvard bütün oyunların ən azı 25%-ni buraxmağa razılaşıb. Ronaldo dünya çempionatına optimal formada yaxınlaşmaq üçün zədə və travmalardan qaçmaq istəyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatı avqustun 21-də başlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest