"Nyukasl" "Ayntraxt"ın və Fransa millisinin hücumçusu Uqo Ekitikeyi transfer etməyə yaxınlaşır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat paylaşıb.

Tərəflər 78 milyonluq məbləğ ətrafında aktiv danışıqları davam etdirirlər və futbolçunun özü də artıq 5 illik müqavilə ilə bağlı prinsipial razılığa gəlib.

Qeyd edək ki, ötən mövsüm Ekitikey 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest