"Çelsi"nin müdafiəçisi Coş Açeamponq Premyer Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Kristal Pelas" ingiltərəli sağ cinah müdafiəçisini icarəyə götürmək üçün "mavilər"ə müraciət edib. 19 yaşlı oyunçunun keçidi yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Coş Açeamponq "Çelsi"nin yetirməsidir. Gənc futbolçu ötən mövsüm London təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest