08 İyul 2025, 13:55
FUTBOL
"Benfika"dan ayrılan Anxel Di Mariya vətəninə qayıdıb.
Matc.az xəbər verir ki, argentinalı vinger "Rosario Sentral"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Anxel Di Mariya "Rosario Sentral"ın yetirməsidir. O, Avropada "Benfika", "Real", "Mançester Yunayted", PSJ və "Yuventus"da çıxış edib.