"Seltik"in futbolçusu Nikolas Kühn karyerasını İtaliyada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Komo" almaniyalı vingerin keçidini həll edib. A Seriyası klubu 25 yaşlı oyunçu üçün Şotlandiya klubunaa 19 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Nikolas Kühn ötən mövsüm "Seltik"in heyətində keçirdiyi 51 oyunda 21 qol vurub, 15 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest