07 İyul 2025, 13:57
FUTBOL
"Milan"ın müdafiəçisi Teo Ernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" fransalı sol cinah müdafiəçisinin transferi ilə bağlı "Milan"la anlaşıb. Ərəblər 27 yaşlı futbolçu üçün İtaliya klubuna 25 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Teo Ernandes ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 49 oyunda 5 qol vurub, 6 qol ötürməsi edib.