"Hoffenhaym"ın müdafiəçisi Atilla Salai Türkiyəyə qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça"nın sabiq futbolçusu İstanbulun digər klubu "Kasımpaşa" ilə anlaşıb. 27 yaşlı macarıstanlı mərkəz müdafiəçisi bu həftə İstanbula gedərək Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Atilla Salai ötən mövsümün ikinci yarısını icarə əsasında Belçikanın "Standard" klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest