04 İyul 2025, 20:46
FUTBOL
Hücumçular Markus Reşford, Entoni, Alexandro Qarnaço, Ceydon Sanço və müdafiəçi Tirell Malasia "Mançester Yunayted"ən ayrılmaq istədikləri barədə kluba məlumat veriblər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Xatırladaq ki, 2024-cü ilin yayında Sanço icarə əsasında "Çelsi"yə keçmişdi. Reşford qışda "Aston Villa"ya, Antoni "Betis"ə, Malasiya isə PSV-yə icarəyə verilib.
İngiltərə Premyer Liqasının son mövsümünün yekununda "Mançester Yunayted" 42 xal toplayaraq 15-ci yeri tutub. Həmçinin "qırmızı şeytanlar" Avropa Liqasının finalına çıxıb, lakin "Tottenhem"ə 0:1 hesabı ilə uduzub.