"Arsenal" hesab edir ki, "Real"ın 24 yaşlı hücumçusu Rodriqo Qoes cinah hücumçusu Bukayo Saka ilə birlikdə "topçular"ın yeni lideri ola bilər.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, London klubu braziliyalı futbolçunun transferi üçün 90 milyon avrodan çox ödəniş etməyə hazırdır.
Rodriqo isə "Real"ın iştirak etdiyi klublararası dünya çempionatının sonuna qədər gələcəyini müzakirə etmək fikrində deyil. Turnir başa çatdıqdan sonra futbolçu baş məşqçisi Xabi Alonso ilə komandadakı perspektivlərini müzakirə etməyə hazırlaşır.
Qeyd edək ki, ötən mövsüm Rodriqo bütün turnirlərdə 51 matçda iştirak edib, 14 qol vurub və 10 məhsuldar ötürmə edib. 24 yaşlı hücumçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avrodur.