04 İyul 2025, 11:54
FUTBOL
"Flamenqo"nun müdafiəçisi Uesli França Avropaya yollanmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrrtisio Romano məlumat yayıb.
"Roma" braziliyalı futbolçunun keçidini həll etməyə yaxındır. Artıq klublar arasında razılıq əldə olunub. "Roma" 21 yaşlı sağ cinah müdafiəçisi üçün Braziliya klubuna 20+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Uesli Fraança cari mövsümdə "Flamenqo"nun heyətində keçirdiyi 25 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib. O, Braziliya millisinin üzvüdür.