04 İyul 2025, 10:35
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Bartuğ Elmaz karyerasını İsveçrədə davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Sürix" türk yarımmüdafiəçini satınalma bəndi ilə icarəyə götürəcək. Artıq klublar arasında razılıq əldə olunub. 22 yaşlı futbolçu yaxın günlərdə İsveçrəyə gedərək Super Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Bartuğ Elmaz ötən mövsümün ikinci yarısını icarə əsasında Sloveniyanın "Maribor" klubunda keçirib.