"Əl-Nəsr" Kolumbiya millisi və "Liverpul"un Luis Diasla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı klubu klubu sol cinah mövqeyini gücləndirmək istəyir və Dias onların prioritet seçimidir. "Əl-Nəsr" 28 yaşlı kolumbiyalı üçün 85 milyon avrodan çox ödəməyə hazırdır.

Diasın özü bu yay "Liverpul"u tərk etmək istəyir, lakin karyerasını davam etdirmək üçün prioritet variantı "Barselona"dır.

Qeyd edək ki, ötən mövsüm Dias "Liverpul"un heyətində bütün turnirlərdə 50 matçda 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Cinah müdafiəçisinin müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest