Meteoroloqlar qarşıdan gələn 2026-cı il dünya çempionatında oyunların dayandırılması və təxirə salınması problemi olacağını proqnozlaşdırırlar.
Klublararası dünya çempionatı (KDÇ) ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən oyunların dayandırılması və təxirə salınması problemi ilə üzləşib, lakin bu problem qarşıdan gələn dünya çempionatına da sirayət edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, KDÇ-nin altı oyunu dayandırılıb, bəziləri isə dəyişkən hava şəraitinə görə iki saatdan çox davam edib.
Bununla belə, meteoroloqlar qarşıdan gələn 2026-cı il dünya çempionatında da eyni və bəlkə də daha pis mənzərəni proqnozlaşdırırlar.
Güman edilir ki, tufan problemi, yüksək hava temperaturu və digər təbii fəlakətlər təhlükəsi daha da artacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. ABŞ 11 şəhər, Kanada 2, Meksika isə 3 şəhərlə təmsil olunacaq.