29 İyun 2025, 13:36
FUTBOL
"Bavariya" bu gün "Flamenqo" ilə klublararası dünya çempionatının 1/8 final oyununun keçiriləcəyi Orlandodan Mayamiyə uça bilmir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Maksimilian Kox paylaşıb.
Bildirilir ki, Orlandoda əlverişsiz hava şəraiti səbəbindən uçuş gecikir.
Qeyd edək ki, ötən gün fırtına xəbərdarlığı səbəbindən 1/8 finalın "Benfika" – "Çelsi" matçında (1:4) da fasilə yaranmışdı.