29 İyun 2025, 13:04
FUTBOL
"Beşiktaş"ın hücumçusu Çiro İmmobile "Bolonya"ya keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, klublar transferlə bağlı razılığa gəlməyə yaxındırlar. 35 yaşlı futbolçu İtaliya klubu ilə 1+1 şərti ilə müqavilə imzalayacaq və hücumçunun illik məvacibi 2 milyon avro olacaq.
Qeyd edək ki, İmmobile ötən mövsüm Türkiyə Superliqasında 30 matça çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib.