"Malyorka"nın müdafiəçisi Pablo Maffeo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito" paylaşıb.

Bildirilir ki, ispan futbolçu ilə "Nottingem Forest" maraqlanır. İngilis klubu 27 yaşlı futbolçu üçün təxminən 6 milyon avro təklif edir.

Qeyd edək ki, ötən mövsüm Maffeo 31 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest