"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubun bu yay transfer siyasətindən razıdır. Xüsusilə, qapıçı Joan Qarsiya ilə müqavilə imzalaması və Bilbao "Atletik"indən hücumçu Niko Uilyamsın yaxınlaşan transferinə görə.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, almaniyalı mütəxəssis indi kataloniyalıların daha iki mövqeyini gücləndirməsini istəyir. Flik hesab edir ki, komandaya Jul Kundeni əvəz edə biləcək yeni sağ cinah müdafiəçisi lazımdır.

Bundan əlavə, o, "Barselona"nın 36 yaşlı Robert Levandovskini əvəz edə biləcək hücumçu ilə müqavilə imzalamasını vacib sayır. Alman anlayır ki, ispan nəhəngi yeni forvard üçün yalnız 2026-cı ildə, polşalı oyunçunun müqaviləsi başa çatdıqdan sonra böyük sərmayə qoymaq niyyətindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest