"Çelsi" ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 finalında "Benfika"ya qalib gəlib.
Matc.az xəbər verir ki, "Bank of America" stadionunda keçirilən qarşılaşma London klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
64-cü dəqiqədə Ris Ceyms birbaşa cərimə zərbəsi ilə "Çelsi"ni öndə çıxardıb. "Benfika" 90+5-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb. Anxel Di Maria penaltini qola çevirib. Əlavə vaxtda London klubu 3 qol vuraraq qalib gəlib. Kristofer Nkunku, Pedro Neto və Kirman Dyusberi-Hall fərqlənib.
Canluka Prestianni meydandan qovulduqdan sonra "Benfika" 92-ci dəqiqədən azlıqda oynayıb.
Qeyd edək ki, 87-ci dəqiqədə hava şəraitinə görə oyunda bir müddət fasilə yaranıb.
Klublararası dünya çempionatının 1/4 finalında Enzo Mareskanın yetirmələri Braziliyanın "Palmeyras" komandası ilə qarşılaşacaq.