28 İyun 2025, 22:58
FUTBOL
Klublararası dünya çempionatının 1/8 final mərhələsinin Braziliyanın "Palmeyras" və "Botafoqo" komandası arasında keçirilən oyunu başa çatıb.
Matc.az xəbə verir ki, oyunun əlavə vaxtda "Palmeyras" qalib gəlib.
Qarşılaşmanın 100-cü dəqiqəsində Paulinyonun vurduğu qol komandasını növbəti mərhələyə yüksəldib. Görüşün 116-cı dəqiqəsində isə "Palmeyras"ın müdafiəçisi Qustavo Qomeş meydandan qovulub.
Qeyd edək ki, "Palmeyras" A qrupunda mübarizəyə başlayıb. Abel Ferreyranın komandası 5 xal toplayaraq birinci yeri tutub. "Botafoqo" isə B qrupunda çıxış edib. Rio-de-Janeyro klubu 6 xal toplayaraq qrupda ikinci olub.