"Benfika" argentinalı mərkəz müdafiəçisi Nikolas Otomendinin müqaviləsini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Komandanın 37 yaşlı kapitanı ilə yeni müqavilə daha bir mövsüm üçün nəzərdə tutulub. Əvvəlki müqavilə bu ilin iyunun 30-da başa çatıb.

Qeyd edək ki, Otamendi 2020-ci ilin sentyabrından "Benfika"da oynayır. O, bu mövsüm bütün turnirlərdə 53 matçda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bu gün "Benfika" ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 finalında "Çelsi" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest