28 İyun 2025, 19:46
FUTBOL
"Neftçi" Azərbaycan millisinin üzvü Elvin Bədəlovu transfer edib.
"Neftçi" Azərbaycan millisinin üzvü Elvin Bədəlovu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Rusiyanın "Zenit" klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə də "Neftçi"nin şərəfini qoruyub.
Futbolçu hazırda "Neftçi"ni çalışdıran Samir Abasovun rəhbərliyi altında "Sumqayıt"da (2019-2025) da çıxış edib.
Qeyd edək ki, Bədəlov millidə 10 oyun keçirib.