"Milan" icarə əsasında çıxış edən 35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uokerin klubdan ayrıldığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Futbolçu İtaliya nəhənginə ötən ilin yanvarında "Mançester Siti"dən keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 16 matçda iştirak etsə də, fərqlənə bilməyib.

Uokerin ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müdafiəçi 2017-ci ildən "Mançester Siti"də çıxış edir. O, Mançester təmsilçisinin heyətində 6 dəfə İngiltərə çempionu olub. "Transfermarkt" portalında futbolçunun dəyəri 4 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest